Çərşənbə 04.06.2025

Polşalı funksioner yenidən WADA-nın prezidenti seçilib

Polşalı funksioner yenidən WADA-nın prezidenti seçilib

Vitold Banka növbəti dəfə Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti seçilib.

Bu barədə WADA-nın mətbuat xidməti məlumat yayıb.

Polşalı funksioner səsvermədə yeganə namizəd olub. O, 2028-ci ilin sonunadək bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Vitold Banka 2020-ci ildən quruma rəhbərlik edir.