Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb. 27 günlük fasiləyə XIV turun ilk günündə keçirilən 3 qarşılaşma ilə yekun vurulub.
Lider "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, "ağ-qaralar" sonradan vurduğu 3 qolla qalib gəliblər. Eyni vaxtda başlayan digər görüşdə "Zirə" "Qəbələ"ni 2 cavabsız qolla üstələyib.
Günün son oyunu isə Masazırda keçirilib. Turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Qarabağ" autsayder "Sabah"ın qonağı olub. 3 qolun vurulduğu görüşdə Ağdam təmsilçisi qələbə qazanaraq lider "Neftçi" ilə xal fərqini minimuma endirib.
XIV tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
21 yanvar (cümə axşamı)
“Zirə” – “Qəbələ” - 2:0
Qollar: M.Qurbanlı, 45+1. D.Volkov, 90+3.
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu
“Səbail” – “Neftçi” - 1:3
Qollar: Ə.İsmayılov, 28-pen – S.Buqrin, 45; 90. E.Mahmudov, 50.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
“ASCO Arena”
“Sabah” – “Qarabağ” - 1:2
Qollar: K.Kubemba, 60 – R.Məmmədov, 8. M.Emreli, 73.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”