Cümə axşamı 12.06.2025

AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Gənclər Liqasında keçirilən "Universal Football Academy" - "Səbail" oyununda meydan sahiblərinin futbolçusu Raul İzzətov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Həmçinin sözügedən liqada baş tutan "Sumqayıt" - "Kəpəz" matçında Sumqayıt komandasının futbolçusu İlkin Məmmədov 74-cü dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun diskvalifikasiya edilib.

AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail" və "Sumqayıt" arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəza alıb.