Cümə 19.04.2024

Azərbaycan Kuboku: “Səbail” 1/4 finalda!

Azərbaycan Kuboku: “Səbail” 1/4 finalda!

Bu gün Azərbaycan Kubokunda 2020/21 mövsümünə start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

“Səbail” doğma meydanda I Divizion təmsilçisi "Zaqatala"nı sınağa çəkib. Komandalar ilk dəfə bu turnirdə üz-üzə gəlib. 5 qolun qeydə alındığı matçda “Səbail” qalib gəlib və növbəti mərhələdə “Sumqayıt”a rəqib olub.

1/8 finalın digər 3 oyunu yanvarın 25-də keçiriləcək. "Turan Tovuz" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i, "Qaradağ Lökbatan" isə "Zirə"ni qəbul edəcək.

Azərbaycan Kuboku

1/8 final

24 yanvar

"Səbail" - "Zaqatala" - 3:2
Qollar: A.Yunanov, 26-pen. A.Nağıyev, 62. Ə.İsmayılov, 84 – R.İsmayılov, 31: 40.
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. “ASCO Arena”