Bazar 15.06.2025

Azərbaycanın voleybol milliləri bu gün növbəti matçlarına çıxacaqlar

Azərbaycanın voleybol milliləri bu gün növbəti matçlarına çıxacaqlar

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

Qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gələcək.

Xorvatiyanın Zadar şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşacaq. Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində start götürəcək.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib - 3:0.