Cümə 20.06.2025

Murad Musayev Rusiya Premyer Liqasında ən yaxşı seçilib

Murad Musayev Rusiya Premyer Liqasında ən yaxşı seçilib

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında azarkeşlərin səsverməsinə əsasən 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib.

Bu barədə Premyer Liqanın (RPL) mətbuat xidməti məlumat yayıb.

RPL-in saytında keçirilən səsvermədə M.Musayev bütün rəqiblərini üstələyib.

İkinci və üçüncü yerləri müvafiq olaraq Moskva ÇSKA-sından Marko Nikoliç və "Akron"dan Zaurbek Tedeyev tutublar.

Qeyd edək ki, "Krasnodar" M.Musayevin rəhbərliyi altında 2024/2025 mövsümünün qalibi olub. Komanda tarixində ilk dəfə Rusiya çempionu adını qazanıb.