Çərşənbə axşamı 24.06.2025

"Sabah" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sabah" futbolçusu ilə müqavilənin müddətini uzadıb

“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.

Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan R.Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.