Cümə axşamı 26.06.2025

"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiyada işləyəcək

"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiyada işləyəcək

"Sumqayıt" futbol komandasının sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.

Belarusdan olan 44 yaşlı mütəxəssis karyerasını Rusiyada davam etdirəcək.

O, FNL-2 təmsilçisi "Leninqradets"lə anlaşıb. Müqavilənin müddəti 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq.

Qeyd edək ki, Aleksey Baqa məşqçi karyerasına ölkəsinin BATE klubunda başlayıb. O, 2022-ci ildə "Sumqayıt"da işləyib.