Cümə axşamı 28.03.2024

Millimiz seçmə mərhələyə qələbə ilə başladı

Millimiz seçmə mərhələyə qələbə ilə başladı

Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Joze Alesio Da Silvanın başçılıq etdiyi yığmamız Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşıb.

Bakı İdman Sarayında oynanılan qarşılaşma Azərbaycanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi bu qələbə ilə qrupda ilk pilləyə yüksəlib. İkinci sırada eyni xala malik Moldova seçməsi qərarlaşıb. Yunanıstan 3-cü, Slovakiya isə sonuncudur.

AÇ-nin seçmə mərhələsi

29 yanvar

Azərbaycan – Slovakiya - 4:1
Qol: Bolinya, 5. Qalo, 38. X.Bağırov, 40. İ.Atayev, 40 – T.Drahovski, 15.
Hakimlər: İrina Velikanova (Rusiya), Yuri Neverov (Rusiya), Hikmət Qafarlı (Azərbaycan).
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan).
Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).