Cümə axşamı 25.04.2024

"Qarabağ" Donald Gerye ilə vidalaşdı

"Qarabağ" Donald Gerye ilə vidalaşdı

"Qarabağ" klubu futbolçusu Donald Gerye ilə yollarını ayırıb. Klubdan verilən məlumata görə, 32 yaşlı haitili cinah müdafiəçisinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulduğu üçün əvəzedici heyətə göndərilib və 20 min manat məbləğində cərimə olunmuşdu.

Geryenin "Qarabağ"la müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatmalı idi.