Çərşənbə axşamı 01.07.2025

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb.

Müqavilə müddəti başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.

Turan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub.

"Kəpəz"də iki mövsüm keçirən Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.

Gəncə təmsilçisində icarə əsasında iki mövsüm keçirən Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.