Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyunu keçiriblər.
Fasilədən sonra baş tutacaq qarşılaşma "Azərsun Arena"da təşkil olunub.
Oyun çempionun üstünlüyü ilə keçib. "Qarabağ" rəqibinin qapısından 4 cavabsız top keçirib. Qarşılaşmada hesab avtopqalla açılıb. Komandanın digər qollarını Emmanuel Addai, Aleksey Kaşuk və Musa Qurbanlı vurublar.
Yoxlama oyunu
30 iyun
18:00. “Qarabağ” – “Zirə” - 4:0
Qollar: Renato (avtoqol), Emmanuel Addai. Aeksey Kaşuk. Musa Qurbanlı
"Azərsun Arena"
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında, "Zirə" Konfrans Liqasında ölkəmizi təmsil edəcək.