Çərşənbə 02.07.2025

Teymur Rəcəbov “Şahmat Ulduzları 5.0”da 5-ci olub

Teymur Rəcəbov “Şahmat Ulduzları 5.0”da 5-ci olub

Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" turnirinə yekun vurulub.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov rapid və blits üzrə çıxışlarının nəticələrinə əsasən, 5-ci yeri tutub.

Rapid üzrə 5 xal toplayan qrossmeysterimiz blitsdə 10 xalla 4-cü olub. Ümumi hesabda Rəcəbov 5-ci yerlə kifayətlənib.

Hər iki növdə hamıdan güclü olan rusiyalı Vladislav Artemyev liderliyini qoruyub.