Bazar ertəsi 07.07.2025

Avropa çempionatı: Basketbol üzrə U-16 millimiz ikinci oyunda məğlub olub

Avropa çempionatı: Basketbol üzrə U-16 millimiz ikinci oyunda məğlub olub

Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionunda keçirdiyi ikinci oyunda məğlub olub.

Komanda Andorra seçməsi ilə qarşılaşıb.

Görüş rəqibin 52:42 hesablı qələbəsi ilə yekunlaşıb.

U-16 B qrupunda növbəti matçını iyulun 9-da Lüksemburq yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, milli ilk oyunda San Marinonu 105:60 hesabı ilə məğlub etmişdi.