Cümə 29.03.2024

AFFA və FIFA prezidentləri Sürixdə görüşdülər

AFFA və FIFA prezidentləri Sürixdə görüşdülər

İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

Toplantıda Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ali futbol qurumunun rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FIFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

AFFA və FIFA prezidentləri Sürixdə görüşdülər
AFFA və FIFA prezidentləri Sürixdə görüşdülər
AFFA və FIFA prezidentləri Sürixdə görüşdülər
AFFA və FIFA prezidentləri Sürixdə görüşdülər