Cümə axşamı 10.07.2025

“Lankaran Open” festivalının açılış mərasimi keçirilib

“Lankaran Open” festivalının açılış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində təşkil olunan “Lankaran Open” festivalının açılış mərasimi baş tutub.

Bu barədə AŞF-nin mətbuat xidmətindən məlumat verilib.

Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir.

Qeyd edək ki, "Lankaran Open" İsveçrə sistemi üzrə 9 turdan ibarətdir və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.