Şənbə 12.07.2025

Azərbaycanı Cənubi Koreyada keçiriləcək turnirdə 4 parataekvondoçu təmsil edəcək

Azərbaycanı Cənubi Koreyada keçiriləcək turnirdə 4 parataekvondoçu təmsil edəcək

Azərbaycanı Cənubi Koreyada keçiriləcək Çxunçxon Açıq Çelenc turnirində 4 parataekvondoçu təmsil edəcək.

Turnirin K44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) mübarizə aparacaq.

Yarış 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq Yay Paralimpiya Oyunlarına reytinq xarakteri daşıyır.

Qeyd edək ki, parataekvondoçularımız iyulun 11-də start götürəcək turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında iştirak edəcəklər.