Cümə 26.04.2024

"Sabah"dan yeni transfer

"Sabah"dan yeni transfer

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitro Klotsu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, “Sabah”da 48 nömrəli formanı geyinəcək.

Klots karyerası ərzində Ukraynanın “Karpatı” (Lvov, 2014-2020) və Azərbaycanın “Keşlə” (2020) komandalarında oynayıb.