Şənbə 12.07.2025

“Kəpəz”də daha bir legioner

“Kəpəz”də daha bir legioner

“Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Gəncə təmsilçisi Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.

O, azad agent kimi “sarı-göylər”ə keçib. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə “Adanaspor”un formasını geyinib.

Adama Fofana Fransada “Dijon”, İsveçdə “Verberq”in uğurları üçün çalışıb.