Cümə axşamı 31.07.2025

Naxçıvanda bilyard turniri keçirilib

Naxçıvanda bilyard turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bilyard üzrə muxtar respublika açıq turniri keçirilib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Marvel Bilyard Salonunda reallaşan yarışa 18 həvəskar bilyardçı qatılıb.

İştirakçılar qarışıq piramida növündə qalibiyyət mübarizəsi veriblər.

Nəticələrə əsasən Ramazan Əliyev turnirin qalibi olub. Gümüş medala Elvin Kərimov sahib çıxıb. Rəşad Əhmədov və Loğman Babayev yarışı bürünc medalla tamamlayıblar.

Adıçəkilən iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub.