Çərşənbə axşamı 15.07.2025

UEFA Avropa Liqası: "Sabah"ın Sloveniyaya səfər planı bəlli olub

UEFA Avropa Liqası: "Sabah"ın Sloveniyaya səfər planı bəlli olub

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Sele" ilə üz-üzə gələcək "Sabah"ın Sloveniyaya səfər proqramı bəlli olub.

Bu barədə Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, komanda iyulun 16-da səhər saatlarında çarter reysi ilə sözügedən ölkəyə yollanacaq. Baş məşqçi Valdas Dambrauskasın iştirakı ilə matçdan əvvəl mətbuat konfransı həmin gün yerli vaxtla saat 18:30-da başlayacaq. İlk 15 dəqiqəsi açıq olacaq məşq isə saat 19:00-da görüşün keçiriəcəyi stadionda gerçəkləşəcək.

"Sabah" qarşılaşmadan dərhal sonra Bakıya yola düşəcək.

"Sele" - "Sabah" oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Xatırladaq ki, tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.