FIFA 2026-cı il dünya çempionatı üçün bilet satışının birinci mərhələsinin sentyabrın 10-da başlayacağını açıqlayıb.
Bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Müraciətlərin sayı biletlərin sayından çox olarsa, onların sahibləri təsadüfi qaydada müəyyən ediləcək.
Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də keçiriləcək . İlk dəfə turnirdə 48 komanda çıxış edəcək. Son olaraq 2022-ci ildə Argentina mundialın qalibi olub.