Çərşənbə axşamı 22.07.2025

Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımız üçün seminar keçirilib

Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımız üçün seminar keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar və məşqçilər üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Təqdimat şəklində keçirilən seminar AMADA-nın təhsil məsələləri üzrə meneceri Qüdrət Səfərov tərəfindən baş tutub.

Tədbirdə antidopinq qayda pozuntuları, dopinq təhlükələri və dopinq nəzarəti prosesi haqqında ətraflı məlumat verilib.