Şənbə 20.04.2024

Yevgeni Koçuk "Keşlə"də

Yevgeni Koçuk "Keşlə"də

"Keşlə" Futbol Klubu Moldova milli komandasının yarımmüdafiəçisi Yevgeni Koçuku heyətinə qatıb.

Klubdan verilən məlumata görə, 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Koçuk buna qədər Moldovanın "Daçia", Slovakiyanın "Jilina", Azərbaycanın "Səbail" və "Sabah" klublarında çıxış edib.

2015-ci ildən Moldova milli komandasına dəvət alan futbolçu yığmada 25 oyun keçirib.