Cümə 01.08.2025

AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib

AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib.

İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir iyulun 23-də start götürəcək U-15 və yeniyetmələrin Avropa birinciliyi ərəfəsində təşkil olunub.

Xüsusi Konqresdə gündəlikdə yer alan məsələlər müzakirə edilib.