Cümə 01.08.2025

“Araz-Naxçıvan” Rahil Məmmədovu transfer edib

“Araz-Naxçıvan” Rahil Məmmədovu transfer edib

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

"Qırmızı-ağlar" mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.