Bazar 27.07.2025

Millimiz Avropa çempionatında ilk qrup matçını keçirib

Millimiz Avropa çempionatında ilk qrup matçını keçirib

Azərbaycanın oğlan basketbolçulardan ibarət U-18 millisi Avropa Çempionatı B divizionunun ilk qrup matçını keçirib.

Yığma meydan sahibi Rumıniya komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 60:34 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millinin növbəti oyunu iyulun 26-da Ukrayna yığmasına qarşı olacaq.