Bazar 27.07.2025

"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq

"Neftçi" bu gün Yunanıstan klubu ilə qarşılaşacaq

“Neftçi” Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün Yunanıstan təmsilçisi “Asteras”la növbəti yoxlama oyununu keçirəcək.

Qarşılaşma Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.

Bakı vaxtı ilə saat 19:00-da start götürəcək görüş tərəflərin istəyinə əsasən canlı yayımlanmayacaq.

Qeyd edək ki, İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Poşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.