Cümə 01.08.2025

“Neftçi” Lüksemburq millisinin hücumçusunu transfer edib

“Neftçi” Lüksemburq millisinin hücumçusunu transfer edib

“Neftçi” klubu Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, A.Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.