Çərşənbə 24.04.2024

"Yuventus" "Portu"ya, "Sevilya" "Borussiya Dortmund"a uduzdu

"Yuventus" "Portu"ya, "Sevilya" "Borussiya Dortmund"a uduzdu

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

"Yuventus" Portuqaliyada "Portu" ilə qarşılaşıb. Üç qolun qeydə alındığı görüşdə meydan sahibləri qələbəni bayram ediblər.

Gecə yarısı start götürən digər qarşılaşma İspaniyada təşkil edilib. "Borussiya Dortmund" Avropa Liqasının son qalibi "Sevilya"nın qonağı olub. Məhsuldar keçən oyun qonaqların qələbəsi ilə yekunlaşıb.

1/8 final mərhələsinin ilk oyun günündə PSJ səfərdə "Barselona"nı 4:1, "Liverpul"u isə "Leyptsiq"i 2:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

17 fevral

"Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 2:1
Qollar: Taremi, 2. Mareqa, 46 – Kyeza, 83
Baş hakim: Karlos del Serra (İspaniya)
Portu, “Draqau”

"Sevilya" (İspaniya) - "Borussiya Dortmund" (Almaniya) - 2:3
Qollar: Suso, 7. De Yonq, 84 – Dahud, 19. Haland, 27; 43.
Baş hakim: Danni Makkeli (Niderland)
Sevilya, “Ramon Sançes Pisxuan”