Cümə axşamı 28.03.2024

“Qarabağ” yenə xal itirdi, “Sabah” uduzdu

“Qarabağ” yenə xal itirdi, “Sabah” uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Səbail" "ASCO Arena"da "Sabah"la üz-üzə gəlib və rəqibini 2 cavabsız qolla məğlub edib.

Digər oyunda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam klubu ilə son iki ev oyununda uduzmayan “Sumqayıt” bu dəfə də qonaqları məyus edib. Matç qolsuz bitib.

Tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XVI tur

"Səbail" - "Sabah" - 2:0
Qollar: A.Yunanov, 16; 77.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakı, "ASCO Arena".

"Sumqayıt" - "Qarabağ" - 0:0
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt, "Kapital Bank Arena".