Çərşənbə 24.04.2024

Futzal millimizin heyəti açıqlandı

Futzal millimizin heyəti açıqlandı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda, martın 9-da isə Çoreskuda Moldova yığması ilə qarşılaşacaq və oyunlara hazırlıq məqsədilə fevralın 25-dən etibarən təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb:

Baş məşqçi Joze Alesio Da Silva siyahıya 18 oyunçu daxil edib:

Rövşən Hüseynli – “Araz-Naxçıvan”
Ramiz Çovdarov – “Araz-Naxçıvan”
İsa Atayev – “Araz-Naxçıvan”
Xətai Bağırov – “Araz-Naxçıvan”
Rizvan Fərzəliyev – “Araz-Naxçıvan”
Fineo De Araujo – “Araz-Naxçıvan”
Hadi Ahmadi – “Araz-Naxçıvan”
Amir Shojaei – “Araz-Naxçıvan”
Emin Kürdov – “Ekol”
Tofiq Mikayılov – “Ekol”
Samir Həmzəyev – “Ekol”
Oktay Rüstəmli – “Neftçi”
Cavad Məmmədov – “Neftçi”
Thiago Teles Martins – “FC Salines Tuzla” ( Bosniya və Herseqovina)
Eduardo Borges – ACCS FUTSAL ( Fransa)
Everton Cardoso – “Levante U.D.” (İspaniya)
Rafael Vilela – “Palma Futsal” (İspaniya)
Oliveira Da Nascimento – klubsuz

Ölkə xaricində çıxış edən futbolçular toplanışa fevralın 28-dən sonra qoşulacaq.