Cümə 26.04.2024

“Mançester Siti” “Borussiya”ya, “Real” “Atalanta”ya qalib gəldi

“Mançester Siti” “Borussiya”ya, “Real” “Atalanta”ya qalib gəldi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulub. Sonuncu oyun günündə 2 qarşılaşma keçirilib.

"Real Madrid" İtaliyada "Atalanta" ilə üz-üzə gəlib. Görüş Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 86-cı dəqiqədə Ferlan Mendi imza atıb.

Digər matçda isə "Borussiya Mönhenqladbax" və "Mançester Siti" klubları qarşılaşıblar. Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyunda "şəhərlilər" 2:0 hesablı qələbə qazanıb. Qolları 29-cu dəqiqədə Bernardu Silva və 65-ci dəqiqədə Qabriel Jezuş vurub.

Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

"Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1
Qol: Ferlan Mendi, 86
Qırmızı vərəqə: Remo Froyler ("Atalanta"), 17

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2
Qollar: Bernardu Silva, 29, Qabriel Jezus, 65