Çərşənbə axşamı 23.04.2024

Xorvatiya Macarıstanı məğlub etdi, Belçika AVRO-2020-də

Xorvatiya Macarıstanı məğlub etdi, Belçika AVRO-2020-də

AVRO-2020-nin seçmə mərhələsində VII tur start götürüb. Bu gün 4 qrupda 10 oyun keçirilib.

Azərbaycan millisinin yer aldığı C qrupunda iki oyun olub. İlk iki yer uğrunda mübarizə aparan komandaların dueli böyük maraq doğururdu.

Bir neçə gün sonra yığmamızı qəbul edəcək Macarıstan əvvəlcə Xorvatiyanın qonağı olub və 0:3 hesabı ilə uduzub. Digər qarşılaşmada isə Slovakiya evdə Uelslə 1:1 bərabərə qalıb.

İlk 6 turda maksimum nəticə əldə edən Belçika seçməsi doğma arenasında San Marinonu da məğlub edərək (9:0) AVRO-2020-yə ilk vəsiqənin sahibi olublar.

AVRO-2020-nin seçmə mərhələsi

VII tur

10 oktyabr

C qrupu

Belarus – Estoniya - 0:0

Hollandiya - Şimali İrlandiya - 3:1

Qollar: Depay, 80; 90+4. De Yonq, 90+1 – Magennis, 75.

E qrupu

Slovakiya – Uels - 1:1
Qollar: Kuçka, 53 – Mur, 25.

Xorvatiya – Macarıstan - 3:0
Qollar: Modriç, 5. Petkoviç, 24; 42.

G qrupu

Latviya – Polşa - 0:3
Qollar: Levandovski, 9; 13; 76.

Şimali Makedoniya – Sloveniya - 2:1
Qollar: Elmas, 50; 68 – İliçiç, 90+5-pen.

Avstriya – İsrail - 3:1
Qollar: Lazaro, 41. Hinteregger, 56. Sabitzer, 88 – Zahavi, 34.

İ qrupu

Qazaxıstan – Kipr - 1:2
Qollar: Yerlanov, 34 – Sotiriu, 73. İoannu, 84.

Rusiya – Şotlandiya - 4:0
Qollar: Dzyuba, 57; 70; 84. Ozdoyev, 60.

Belçika – San-Marino - 9:0
Qollar: Lukaku, 28; 41. Şadli, 31. Drolli, 35 (avtoqol). Alderveyreld, 43. Tilemans, 45+1. Benteke, 79. Versxaren, 84-pen. Kastan, 90.