Cümə 19.04.2024

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub və mötəbər turnirdə 1/8 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.

Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq.İsveçrənin Nyon şəhərindəki mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bu raundda komandalar səbətlərə bölünməyəcək və eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola biləcəklər.

Uefa Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

“Ayaks” (Niderland) – “Lill” (Fransa) - 2:1 (ilk oyun – 2:1)
Qol: Klaassen, 15. Neres, 88 – Y.Yazıçı, 78-pen.

“Şaxtyor (Donetsk, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) - 1:0 (2:0)
Qol: Moraeş, 67-pen.

“Napoli” (İtaliya) – “Qranada” (İspaniya) - 2:1 (0:2)
Qol: Zelinski, 3. F.Ruis, 59 – Montoro, 25.

“Hoffenhaym” (Almaniya) – “Molde” (Norveç) - 0:2 (3:3)
Qol: Andersen, 20; 90+5.

“Vilyarreal” (İspaniya) – “Zalsburq” (Avstriya) - 2:1 (2:0)
Qol: Moreno, 40; 89-pen – Berişa, 17.

“Reyncers” (Şotlandiya) – “Antverpen” (Beçlika) - 5:2 (4:3)
Qol: Morelos, 9. Patterson, 46. Kent, 55. Barişiç, 79-pen. İtten, 90+2-pen – Refaelov, 32. Lamkel, 57.

“Arsenal” (İngiltərə) – “Benfika” (Portuqaliya) - 3:2 (1:1)
Qol: Obameyanq, 21; 87. Tirni, 67 – Qonçalves, 43. R.Silva, 61.

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) - 0:1 (1:1)
Qol: Buyalski, 83.

PSV (Niderland) – “Olimpiakos (Yunanıstan) - 2:1 (2:4)
Qol: Zahavi, 23; 44 – Koka, 88.

“Bayer” (Almaniya) – “Yanq Boyz” (İsveçrə) - 0:2 (3:4)
Qol: Siboçu, 48. Fassnaxt, 86.

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Krasnodar” (Rusiya) - 1:0 (3:2)
Qol: Orsiç, 35.

“Roma” (İtaliya) – “Braqa” (Portuqaliya) - 3:1 (2:0)
Qol: Dzeko, 24. L.Peres, 75. Mayoral, 90+1 – Kristante, 88-öz qapısına.

“Lester Siti” (İngiltərə) – “Slaviya” (Çexiya) - 0:2 (0:0).
Qol: Provod, 49. Sima, 79.

“Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) - 1:1 (2:2)
Qol: Kessye, 9-pen – Ben, 24.

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) - 0:0 (4:0)

Qeyd edək ki, daha əvvəl "Tottenhem" adını 1/8 finala yazdırıb.