Çərşənbə 24.04.2024

Avropa Liqası: 1/8 finalın püşkü atıldı

Avropa Liqası: 1/8 finalın püşkü atıldı

Bu gün UEFA Avropa Liqasında 1/8 finalın püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək cütlər müəyyənləşib.

1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da start götürəcək.

UEFA Avropa Liqası

1/8 final mərhələsi

"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)

"Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Şaxtyor" Donetsk (Ukrayna)

"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)

"Slaviya" (Praqa, Çexiya) - "Reyncers" (Şotlandiya)

"Qranada" (İspaniya) - "Molde" (Norveç)