Cümə axşamı 28.03.2024

U-21 millimiz Fransaya uduzdu

U-21 millimiz Fransaya uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olub.

Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci qrupda yer alan Azərbaycan millisi buna qədər keçirdiyi 3 oyundan 1-də qalib gəlib. İlk turda Lixtenşteynə uduzan (0:1) yığmamız Slovakiya üzərində qələbə qazansa da (2:1), son oyunda Gürcüstana Bakıda böyük hesabla məğlub olub – 0:3.

AÇ-2021-in seçmə mərhələsi

II qrup

10 oktyabr

Fransa – Azərbaycan - 5:0

Qollar: O.Eduard, 2; 36. D.A.Zaqadu, 40. H.Auar, 52. A.Nordin, 76

Baş hakim: Antoniu Nobre

Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş

Kale, “Stade de l'Epopee” stadionu