Cümə 19.04.2024

Millimiz Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək

Millimiz Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bununla bağlı AFFA və TFF arasında danışıqlar aparılıb.

Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaqlar. Görüş Alanyadakı "Oba" stadionunda keçiriləcək.

Oyunun saatı ilə bağlı məlumat veriləcək.