Cümə axşamı 28.03.2024

“Qarabağ”dan darmadağın, “Keşlə” “Səbail”lə bərabərə qaldı

“Qarabağ”dan darmadağın, “Keşlə” “Səbail”lə bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında "Səbail" "Keşlə"ni qəbul edib. "ASCO Arena"dakı görüşdə qalib müəyyənləşməyib.

Son çempion “Qarabağ” isə “Qəbələ” ilə qarşılaşıb. Ağdam klubu oyunun ilk hissəsində vurduğu qollarla aktivinə 3 xal yazdırıb.

Turun digər iki matçı sabah olacaq. "Neftçi" "Sabah"ı, "Sumqayıt" isə "Zirə"ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 18-ci tur

2 mart (çərşənbə axşamı)

“Səbail” –“Keşlə” - 1:1
Qollar: P.Keşavarz, 75 - T.Axundov, 53.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”

“Qarabağ” – “Qəbələ” - 3:0
Qollar: F.Ozobiç, 22; 34-pen. M.Emreli, 38.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Azersun Arena”.