Şənbə 20.04.2024

Macarıstan - Azərbaycan matçında tanış hakim

Macarıstan - Azərbaycan matçında tanış hakim

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib. Budapeştdəki qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Dennis Hiqler olacaq. O, ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin Bakıda "Uypeşt"ə 3:1 qalib gəldiyi görüşdə ədaləti təmsil edib.

Ona Yohan Balder və Yoost van Zuilen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Bas Niyhuis yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də "Ferens Puşkaş" stadionunda keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.