Cümə axşamı 25.04.2024

“Arsenal” və “Tottenhem” qalib gəldi, “Mançester Yunayted” “Milan”la heç-heçə etdi

“Arsenal” və “Tottenhem” qalib gəldi, “Mançester Yunayted” “Milan”la heç-heçə etdi

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Gecənin maraqla gözlənilən oyunu İngiltərədə, "Old Trafford"da təşkil olunub. "Mançester Yunayted" doğma meydanda "Milan"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

İngiltərənin digər təmsilçisi "Arsenal" isə Yunanıstanda "Olimpiakos"la üz-üzə gəlib. 4 qolun vurulduğu görüşdə London təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

1/8 final mərhələsinin cavab oyunları martın 18-də keçiriləcək.

Avropa Liqası

1/8 finalın ilk oyunları

11 mart

“Slaviya” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya) - 1:1
Qollar: Stanku, 7 – Helander, 36.

“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) - 1:1
Qollar: Diallo, 50 – Kyaer, 90+2.

“Dinamo” (Kiyev, Ukrayna) – “Vilyarreal” (İspaniya) - 0:2
Qollar: Torres, 30. Albiol, 52.

“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə) - 3:0
Qollar: Klaassen, 62. Tadiç, 82. Brobbi, 90+2.

“Qranada” (İspaniya) – “Molde” (Norveç) - 2:0
Qollar: Molina, 26. Soldado, 76.

“Tottenhem” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
Qollar : Keyn, 25; 70.

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 1:3
Qollar: El Arabi, 58 – Edeqor, 34. Qabriel, 79. Elneni, 85.

“Roma” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 3:0
Qollar: Pelleqrini, 23. El Şaaravi, 73. Mançini, 77.