“Sabah” klubu baş məşqçisi Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klubdan verilən məlumata görə, baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə olunub.
Qeyd edək ki, İspaniyalı mütəxəssis 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi. Komanda hazırda Premyer Liqada 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.