Çərşənbə 24.04.2024

Keysuke Honda rəsmən “Neftçi”də

Keysuke Honda rəsmən “Neftçi”də

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Klubdan verilən məlumata görə, yaponiyalı məşhur futbolçu Keysuke Honda ilə mövsümün sonunadək müqavilə imzalanıb. 34 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində 4 nömrəli forma ilə çıxış edəcək.

Keysuke Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “VVV-Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).

O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.