Cümə axşamı 28.03.2024

“Mançester Siti” və “Real” 1/4 finalda!

“Mançester Siti” və “Real” 1/4 finalda!

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçiriib. Görüşlərdən biri Macarıstanda, digəri isə İspaniyada təşkil edilib.

"Mançester Siti" pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Budapeştdəki "Puşkaş Arena"da qəbul edib. Tərəflər arasında ilk görüşdə İngiltərə təmsilçisi 2 cavabsız qolla qalib gəlmişdi. İkinci younda da 2:0 qələbə qazanan "şəhərlilər" 1/4 finala yüksəlib.

Günün digər matçında "Real Madrid" İspaniyada "Atalanta" ilə üz-üzə gəlib. Madrid təmsilçisi səfərdəki ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub etmişdi. 4 qolun vurulduğu cavab matçında "Real" yenə qalib gələrək mərhələ adladı.

Daha öncə Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Mönhenqladbax, Almaniya) - 2:0
Qollar: De Bruyne, 12. İ.Gündoğan, 18.
İlk oyun - 2:0

"Real Madrid" (İspaniya) - "Atalanta" (İtaliya) - 3:1
Qollar: Benzema, 34. S.Ramos, 60-pen. Asensio, 85 - Muriel, 83.
İlk oyun - 1:0