Cümə 19.04.2024

Qara Qarayev millinin heyətindən çıxarıldı

Qara Qarayev millinin heyətindən çıxarıldı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş baş verib.

AFFA-nın saytının verdiyi xəbərə görə, zədəli olduğu üçün "Qarabağ"ın futbolçusu Qara Qarayev milli komanda ilə birgə səfərə yollana bilməyəcək.

Xatırladaq ki, millimiz Portuqaliya yığması ilə martın 24-də keçiriləcək qarşılaşma üçün sabah - martın 22-də İtaliyanın Turin şəhərinə yola düşəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.