Cümə axşamı 25.04.2024

Azərbaycan - Serbiya matçının hakimləri açıqlandı

Azərbaycan - Serbiya matçının hakimləri açıqlandı

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Azərbaycan - Serbiya matçının hakimləri açıqlanıb.

UEFA-nın saytının verdiyi xəbərə görə, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Roy Reynşreyber olacaq. Ona yan xətt hakimləri David Biton və Saqi Metzamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə David Fuksman yerinə yetirəcək.

Hakim-inspektor bolqarıstanlı İçko Lozev, FIFA nümayəndəsi rusiyalı Vyaçeslav Semyonov olacaq.

Martın 30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək. Görüş "CBC Sport"la canlı yayımlanacaq.