Cümə 19.04.2024

Azərbaycan millisi Serbiyaya məğlub oldu

Azərbaycan millisi Serbiyaya məğlub oldu

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qonaq edib.

İndiyədək Azərbaycan və Serbiya yığmaları 5 dəfə qarşılaşmışdı. Bunlardan 4-ü rəsmi, 1-i isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan 1-də Azərbaycan, 3-də Serbiya qalib gəlibsə, daha 1 oyunda heç-heçə qeydə alınmışdı.

Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmada qapılara 3 qol vurulub. Serbiya 2:1 hesablı qalibiyyətlə aktivinə 3 xal yazdırıb.

DÇ-2022-nin seçmə mərhələsi

III tur

A qrupu

Azərbaycan - Serbiya - 1:2
Qollar: Emin Mahmudov, 59 (pen) - A. Mitroviç, 16; 81
Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Sagi Metzamber, David Fuksman (hamısı İsrail)
Bakı Olimpiya Stadionu