Çərşənbə axşamı 04.10.2022

"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı

"Araz" Çempionlar Liqasında mübarizəni dayandırdı

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz” bu gün əsas mərhələdə son oyununu keçirib.

Belçikanın “De Bres Arena”sında Ukraynanın “Xerson” klubu ilə qarşılaşma rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində İsa AtayevXətai Bağırov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda əvvəlki qarşılaşmalarında Portuqaliya "Benfika"sına 0:7, Belçika “Halle-Gooik”inə isə 1:5 hesabı ilə uduzduğu üçün qrupda sonuncu yeri tutub və mübarizəni dayandırıb.