Şənbə 27.04.2024

“Real” “Liverpul”a, “Mançester Siti” “Borussiya”ya qalib gəldi

“Real” “Liverpul”a, “Mançester Siti” “Borussiya”ya qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən görüşü İspaniyada "Real Madrid" və "Liverpul" komandaları arasında olub. 4 qolun vurulduğu qarşılaşmada Madrid təmsilçisi qalib gəlib.

Günün digər matçı İngiltərədə təşkil olunub. "Mançester Siti" "Borussiya Dortmund"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

"Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə) - 3:1
Qollar: Vinisius Junior, 27; 65, Marko Asensio, 36 - Məhəmməd Salah, 51

"Mançester Siti" (İngiltərə) - "Borussiya D" (Almaniya) - 2:1
Qollar: De Brüyne, 19. Foden, 90 - Roys, 84.