Cümə 10.05.2024

Millimiz FIFA reytinqində gerilədi

Millimiz FIFA reytinqində gerilədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi 1180 xalla hazırda 110-cu sırada qərarlaşıb. Komanda ötən ayla müqayisədə 2 pillə geriləyib.

Yığma komandamız yoldaşlıq görüşündə Qətərə 1:2, DÇ-2022-nin seçmə mərhələ oyunlarında Portuqaliyaya 0:1 və Serbiyaya 1:2 hesabı ilə məğlub olub.

Reytinqin ilk 3 pilləsində Belçika (1783.38), Fransa (1757.30) və Braziliya (1742.65) yer alıb.